Free Essay

Nijat

In:

Submitted By enico
Words 434
Pages 2
Həyatı çay kimi qurmağın doqquz üsulu
Bir müdrik dedi: “Çay bir yerdən iki dəfə axmır”. “Həyat da çay kimidir”, digər müdrik söylədi, və burdan da belə qənaətə gəlmək olar ki, bu bənzətmə həyatın mənasını dərk etməyə imkan verə bilər. Beləliklə, aşağıdakıları yadda saxlamaq yaxşı olardı:
a) Etdiyimiz hər bir hərəkət birinci dəfədir. – Mənbədən (doğum) mənsəbə (ölüm) doğru irəliləyərkən, ətraf daim dəyişir. Bu yenilikləri qorxaraq deyil, sevinərək qəbul etmək lazımdır, çünki onların ləğv eləmək mümkün deyilsə, qorxmaq mənasızdır. Çay daim dayanmadan axır.
b) Düzənliklərdə daha asta yeriyirik. – Ətrafımız sakitçilik olanda, sular da sakitləşir, biz daha səmimi, gözütox və comərd oluruq.
c) Sahilimizdəki torpaqlar daim münbit qalır. – Bitkilər yalnız su olan yerdə bitir. Bizlə əlaqəyə girən şəxs başa düşməlidir ki, burda olmağımızın səbəbi susamış insana içməyə bir şey verməkdir.
d) Daşları aradan qaldırmaq lazımdır. – Aydındır ki, su qranitdən güclüdür, amma bunun baş verməsi üçün də çox vaxt gərəkdir. Daha güclü maneələrin səni üstələməyinə yol vermək, ya da onlarla mübarizə aparmaq heç də yaxşı deyil – bu, sadəcə əbəs yerə enerji sərfidir. Ən yaxşısı çıxış yolunu tapıb, tezliklə oradan uzaqlaşmaqdır.
e) Çala-çuxurlar səbrli olmağa çağırır. – Çay qəflətən çuxura düşdükdə əvvəlkitək fərəhlə axmır. Belə anlarda ən yaxşı çıxış yolu hər şeyi zamanın axarına buraxmaqdır. Vaxtı çatanda çuxurlar ağzınacan dolur və çay irəliyə doğru axa bilir. Həmin görkəmsiz çala-çuxurların yerində isə hazırda hər kəsin könlünü oxşayan göl yaranır.
f) Biz təkik. – Biz elə yerdə doğuluruq ki, ora bizim qismətimizdir, ora bizi kifayət qədər su ilə təmin edəcək ki, maneələrin və depressiyanın öhdəsindən gələk, mümkün qədər səbrli və güclü olaq ki, irəliləyə bilək. Yolumuzun başlanğıcında zərif və həssas oluruq, adi bir yarpaq belə bizi yolumuzdan edə bilər. Fəqət, bizə həyat verən mənbənin müstəsna fövqəlliyini qəbul etsək, və Onun əbədi müdrikliyinə inansaq, yolumuzu ötməyə lazım olan hər şeyi əldə edə bilərik.
g) Tək olsaq da, tezliklə çoxalırıq. – Səfərimiz boyunca digər bulaqların da suları bizə yaxınlaşır, çünki bu, irəliləmək üçün ən yaxşı yoldu. Artıq bundan sonra bizim sayımız birdən daha çox olur, - və elə bir an gəlir ki, sanki nəyisə itirmişik. Halbuki, İncildə deyilir ki, “Bütün çaylar dənizə axır”. Nə qədər romantik görünsə də, tənha qalmaq mümkün deyil. Biz digər çayın suları ilə qaçılmaz görüşü qəbul edəndə, anlayırıq ki, daha da güclü oluruq, ətrafdakı maneələri daha asanlıqla aşır, çuxurları daha tez doldururuq.
h) Biz nəqliyyat vasitəsiyik. – Yarpaqlar, qayıqlar və fikirlərin. Təki bizim sularımız daha mütəfəkkir olsun, yardımımıza ehtiyacı olan hər kəsi və hər şeyi apara bilsin.
i) Biz ilham mənbəyiyik. – Beləliklə, sözümüzü braziliyalı şair Manuel Bandeira`nın şeirilə bitirək:
Gecələr asta axan bir çay olardım,
Qaranlıqdan qorxmazdım, ulduzlarla saçardım.
Və buludlar səmanı tutsa,
Heç vecimə almazdım.
Bulud da çay kimi sudur.

Similar Documents

Free Essay

Pakistan Contribution to Global War on Terrorism

...IPRI Journal XIII, on 1 (Winter 9/11 Pakistan’s Contribution to Global War no. Terror after2013): 37-56   37   PAKISTAN’S CONTRIBUTION TO GLOBAL WAR ON TERROR AFTER 9/11 Dr. Hidayat Khan∗ Abstract Pakistan’s contribution to the “War on Terror” far exceeds its strength and size. Pakistan lost more than 35000 lives to save American people from another 9/11 attack. Pakistan’s economic loss amounted to 67 billion US dollars but still the US is not satisfied with Pakistan’s performance and pressurizes it to “Do More.” In this situation what should Pakistan do as a sovereign state? At the same time what is the international community’s responsibility towards Pakistan as a partner in this global war? The United States (US) and North Atlantic Treaty Organisation (NATO) have been fighting against the Taliban for the last decade but the war is nowhere near its end. This study is an exploration of the question whether war is the solution or the problem? Key Words: War on Terror, World Response, Pakistan’s Contribution, Operations, Agreements. Background P akistan has always played a constructive role in the United Nations (UN) — it is one of its largest net troop contributors and its active role in the solution of world issues is internationally recognized. It borders three major strategic regions; South Asia, Central Asia and the Middle East, and its geographical proximity to Afghanistan has made it an important partner of the United States. Pakistan has played a...

Words: 8479 - Pages: 34

Premium Essay

Bp Azerbaijan Sustainability Report 2013

...BP in Azerbaijan Sustainability Report 2013 bp.com/caspian Building a stronger, safer BP About our report This report covers the calendar year ending 31 December 2013. In some instances significant events from 2014 have been included. Unless otherwise specified, the text does not distinguish between the activities of BP p.l.c. and those of its subsidiaries and affiliates. References in this report to ‘us’, ‘we’ and ‘our’ relate to BP in Azerbaijan unless otherwise stated. When we cite ‘BP in Azerbaijan’ we refer to operations in Azerbaijan only. If we refer to ‘BP AGT’ we are including all our activities in Azerbaijan, Georgia and Turkey. Specific references to ‘BP’ and the ‘BP group’ mean BP p.l.c., its subsidiaries and affiliates. All dollar amounts are in US dollars. All gas volumes are indicated in standard cubic metres or standard cubic feet. The report is issued annually by BP Exploration (Caspian Sea) Limited in its capacities as operator and manager of the joint operating company for the Azeri-Chirag-Deepwater Gunashli field, as manager of The Baku-Tbilisi-Ceyhan Pipeline Company and by BP Exploration (Shah Deniz) Limited in its capacities as operator of the Shah Deniz field and as technical operator of The South Caucasus Pipeline Company. For this report each of these entities has provided information relevant to its project and statements applicable to its project. Front cover imagery The Sangachal terminal is one of the world’s largest integrated oil and...

Words: 35186 - Pages: 141